Vətən müharibəsi şəhidinin doğum günüdür – FOTO

15 Baxış

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Elvin İmamqulu oğlu Dadaşovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, 1993-cü il avqustun 14-də Neftçala şəhərində anadan olub.

Azərbaycan ordusunun giziri olan Elvin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib. 

Müharibə zamanı yaralanan Elçin hərbi hospitalda müalicə alıb yenidən döyüşlərə qatılıb.

Gizir noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elvin Dadaşov şəhadətə ucalmadan 11 ay əvvəl ailə həyatı qurub. Vətən müharibəsi zamanı övladı dünyaya gəlib. Hospitalda müalicə aldığı zaman şəhid olacağını hiss edib övladını görməyə gedib və onunla vidalaşıb.

Qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.