Qaydaları kobud şəkildə pozan ictimai iaşə müəssisələri aşkar edildi – FOTO

12 Baxış

2021-ci il avqustun 13-də ölkə üzrə 423 ictimai iaşə obyektində 724 monitorinq keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular Bakı şəhərinin Əmircan qəsəbəsində, Nizami‎, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nərimanov rayonlarında və Ağstafa rayonunun Ü.Hacıbəyli küçəsində yerləşən ictimai iaşə müəssisələrində aşkar edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.