Dövlət Komitəsindən qadının övladını və özünü kanala atması ilə bağlı AÇIQLAMA

10 Baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Biləsuvar rayonunun İsmətli kənd sakini olan qadının özünü və azyaşlı oğlunu kənd ərazisindən keçən su kanalına atmasına münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə dərhal əlaqə yaradılıb:

“Dövlət Komitəsinə verilən məlumata əsasən, hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən başlanılmış əməliyyat-istintaq tədbirləri davam edir”.

T.Mərdanoğlu bildirib ki, Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır:

“Bir daha əhaliyə müraciət edərək bildiririk ki, bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün ailələrdə zorakılıq halları ilə bağlı əvvəlcədən xəbərdar olan şəxslər bizi məlumatlandırsınlar. Bunun üçün bizim “860” qaynar telefon xəttimiz fəaliyyət göstərir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.