“Bəyaz Palace”ın sahibi külli miqdarda CƏRİMƏLƏNDİ – FOTO

15 Baxış

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən “Bəyaz Palace” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq dörd min manat məbləğində cərimələnib.


Məlumat oxu.az saytından götürülmüşdür.