Avqust ayının pensiyaları tam ödənilildi

14 Baxış

Ölkə üzrə avqust ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.