Lənkəran və Salyanda ev yandı

15 Baxış

Lənkəran şəhərində ümumi sahəsi 250 kvadratmetr (hər mərtəbəsi 125 kvadratmetr) olan ikimərtəbəli evin ikinci mərtəbəsində bir otağın və dəhlizin yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bir digər yanğın hadisəsi isə Salyan rayonunun Kərimbəyli kəndində baş verib.

Belə ki, ümumi sahəsi 464 kvadratmetr (hər mərtəbəsi 232 kvadratmetr) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 175 kvadratmetr sahədə yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Alovlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.