Abşeronda qohumlar arasında dava düşüb, hər ikisi xəstəxanalıq olub

14 Baxış

Abşeron rayonunda qohumlar arasında dava baş verib.

“Report” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Mübarizlə qohumu, 1962-ci il təvəllüdlü Nəsibov Sakit arasında əlbəyaxa dava düşüb.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Müayinə zamanı M.Məmmədova ənsə-alın və bel nahiyənin kəsilmiş yaraları, S.Nəsibova isə baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.