Fatmayıda mağaza yanıb

11 Baxış

Abşeron rayonunun Fatmayı kəndində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 40 m² olan mağazanın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.