AzTU-ya yeni prorektor təyin olunub – FOTO

12 Baxış

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin 11.08.2021-ci il tarixli əmrinə əsasən, Rəşad Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Universitetdən APA-ya verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Rektor bildirib ki, Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.

Qeyd edək ki, Rəşad Əliyev 1997-2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavr səviyyəsini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistr pilləsini bitirib. 2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub. Hazırkı təyinatına kimi Rəşad Əliyev AzTU-nun “HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi”nin müdiri vəzifəsini icra edib.


Məlumat oxu.az saytından götürülmüşdür.