Vətən müharibəsi şəhidinin doğum günüdür – FOTO

10 Baxış

Bu gün Xaçmazın Canaxır kəndindən olan şəhid Rahim Sərdarlının doğum günü qeyd olunub.
Şəhidin valideynləri və kənd sakinləri onun məzarını ziyarət edib, xatirəsini anıblar.

Şəhidin atası Rafiq Məmmədovun sözlərinə görə, Rahim fikirləşirdi ki, Vətən müharibəsində mütləq ön cəbhədə olmalıdır. 

Aprel döyüşlərinin fəal iştirakçılarından olan Rahim Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb və elə ön cəbhələrdə vuruşub. Cəbrayıl, Qubadlı döyüşlərində fəal iştirak edib. Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədiyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib. 
Şəhidimizin anası deyir ki, müharibədən üç ay öncə oğlu nişanlanıb:

“Toyuna hazırlaşırdıq, amma o, bizi yox, Vətəni seçdi. Mənim yox, Vətənin övladı oldu”.

Rahim Sərdarlı Şuşa azad olunan gün şəhid olub. 

Vətən müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub. Həmin ərazidə hazırda onun adına bulaq inşa edilib.

Şəhid “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.