Son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – FOTO

8 Baxış

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 547 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 339 121 təşkil edir.


Məlumat oxu.az saytından götürülmüşdür.