Azərbaycan hərbçiləri Türkiyədə “Dağ komando kursu”nu başa vurdu – FOTO

15 Baxış

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursu”nda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

“Report”un məlumatına görə, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.


Məlumat oxu.az saytından götürülmüşdür.