Gecə saat 3-4-ə kimi fəaliyyət göstərən restoran sakinlərin yuxusuna haram qatır – VİDEO

10 Baxış

Nəsimi rayonu 4-cü mikrorayonda yerləşən “Krevetka” adlı restoran ətrafda yaşayan sakinlərin rahatlığını pozur.

Sakinlər iddia edirlər ki, restoran hətta gecə yarısından sonra da gizlin fəaliyyət göstərir. Digər narahatlıq isə restoranın arxa girişidir ki, bu da sakinlərin ümumi istifadə etdiyi binanın blokunda yerləşir. Yaşanan narazılıqdan restoran rəhbərliyi də məlumatlıdır. Amma sakinlərin iddia etdiyi bəzi məsələlər var ki, sahibkar bununla razılaşmır. 

Məlumat üçün bildirək ki, restoran üç ildir sözügedən ərazidə fəaliyyət göstərir. Bu illər ərzində sakinlər mövcud problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Baş Prokurorluğa kimi müraciət edib, öz narahatlıqlarını bildiriblər. Aldıqları cavab isə “məsələ araşdırılacaq” olub. 

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.