İfası ilə hamını kövrəldən süpürgəçi: “Səsimdəki yanğının səbəbi çəkdiyim ağrı-acılardır” – VİDEO

14 Baxış

İfası ilə hamını kövrəldən süpürgəçi Kafiyə Cəfərova yanğılı səsinin sirri haqqında Baku TV-yə danışıb.

Kafiyə xanım deyir ki, səsindəki yanğı, mahnıları ürəkdən oxuması yaşadığı ağrı-acılardandır. Əlinin qabarı ilə beş uşaq böyüdən qadının həyat yoldaşı 20 Yanvar faciəsi zamanı itkin düşüb.  

Altı ildir süpürgəçilik edərək çörək pulu qazanmağa çalışan Kafiyə xanım deyir ki, zəhmətkeş insan ac qalmır. O, üç oğlu olmasına baxmayaraq, işləməyə davam edəcəyini söyləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.