Bakıda mebel sexində yanğın baş verib, bir nəfər zəhərlənib

13 Baxış

Paytaxtın Xəzər rayonunda mebel sexində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 200 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan 6 ədəd dəzgah yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.