Batmaq təhlükəsi ilə üzləşən yeddi nəfər xilas olunub

20 Baxış

Bu gün yeddi nəfər batma təhlükəsi ilə üzləşib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Yevlax”, “Şüvəlan”, “Goradil” və “Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən yeddi nəfər xilas olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.