Sabirabadda “QAZel” aşıb, xəsarət alan var

14 Baxış

Sabirabad rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Murad Məhəmməd oğlu idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.