Lökbatanda müştərilərə qəlyan təklif edən kafe sahibi həbs edilib – VİDEO

12 Baxış

Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən “Pub-110” adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. 

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.