“Cəfər Cabbarlı” stansiyasının ətrafı niyə sökülüb? – FOTO/VİDEO

11 Baxış

Metronun “Cəfər Cabbarlı” stansiyasında yenidənqurma işləri aparılır.

Bakı metrosunda ilk dəfə olaraq tunellərdə də ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsi prosesinə başlanılıb.

Yenidənqurma işlərinin bir neçə ay ərzində yekunlaşması gözlənilir. Həmin vaxta qədər sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının bir xətti boyunca hərəkət edə biləcəklər. Bərpa işləri yekunlaşdıqdan sonra isə hər iki yol sərnişinlərin istifadəsində olacaq.

Stansiyadakı yenidənqurma işlərinə yerüstü sahədə izolyasiya təbəqəsinin yaradılması da daxildir.

Qeyd edək ki, yerüstü sahədə işlər tamamlandıqdan sonra stansiyanın vestibülünün və maili gedişinin də təmirinə başlanılacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.