Nazirlik nümayəndəsi: “Ətrafımızda olan hər üç şəxsdən biri koronavirus daşıyıcısı ola bilər”

12 Baxış

Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov vətəndaşların vaksin olunması üçün çağırış edib. 

Oxu.Az-ın məlumatına görə, o bildirib ki, vaksin vurduran şəxs koronavirusa yoluxsa belə, onun insan orqanizmində xəstəliyə qarşı anticisim yaradır:

“Nəticədə xəstəliyin yüngül keçirməsinə şərait yaranır. Peyvənd vurduranda qolda ağrılar, müəyyən allergik reaksiyalar baş verir ki, bu da normal haldır. Vaksin bizi qorumaq üçündür”.

A.İbrahimov qeyd edib ki, heç kim ölkədə yenidən sərt qapanmaların təkrar olmasını istəməz:

“Xəstəliyin bitməsini arzulayırıqsa, qaydalara ciddi riayət etməli, vaksin vurdurmalıyıq. Qapalı məkanlarda maskalardan istifadə etməli, sosial məsafəni saxlamalıyıq. Düşünməliyilk ki, ətrafımızda olan hər üç şəxsdən biri koronavirus daşıyıcısı ola bilər”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.