Samuxda yaşayan Axıska türkləri – VİDEO

14 Baxış

1990-cı illərin əvvəllərində Azərbaycana köç edən Axıska türkləri ölkənin bir çox şəhər və rayonlarında, eləcə də Samux rayonunda məskunlaşmağa başlayıblar. 

Artıq uzun müddətdir Samuxun əsasən iki kəndində Axıska türkləri yaşayır. Həmin illərdə ailəsi ilə birlikdə Qırğızıstanın Oş vilayətindən Samux rayonunun Sarıqaya kəndinə köç edən Axıska türklərindən biri də Mürtüz Osmanovdur. 

Müsahibimiz deyir ki, 1990-cı illərin əvvəllərində Azərbaycana gəldikdən sonra onlar üçün ev tikilib, torpaq sahəsi ayrılıb. İllər ötüb və bu gün Azərbaycan hər bir türkün olduğu kimi Axıska türklərinin də vətənidir. Axıska türklərinin Qırğızıstandan Azərbaycana köçürülməsi ermənilərin hazırladığı xüsusi təxribatın nəticəsi idi. 

Rəsmi mənbələrə əsasən, Samux rayonunun Sarıqaya və Lək kəndlərinə təxminən 500 Axıska türkü, başqa sözlə desək, 100 ailə gəlib. Bu gün onların sayı daha çoxdur. Axıska türkləri üçün doğma Azərbaycanda kiçik qəsəbə də salınıb. Azərbaycan vətəndaşları olan Axıska türkləri üçün ölkəmizdə bütün imkanlar yaradılıb. Bu insanların əsas məşğuliyyətləri isə əkinçilik və maldarlıqdır. Tarixi mənbələrə görə, Axıska türklərinin Azərbaycana köçü hələ 1944-cü ilə təsadüf edir. Həmin vaxt erməni zülmündən qaçan Axıska türkləri Azərbaycan ərazilərinə pənah gətirib.


Məlumat oxu.az saytından götürülmüşdür.