Qəbələdəki yanğın davam edir – VİDEO

12 Baxış

“Dünən Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda üç istiqamətdə – Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib. 

O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və bir helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub. 

“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.