Zərdabda fərdi yaşayış evi yanıb – FOTO

17 Baxış

Zərdab rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağabağı kəndində qeydə alınıb.

Kənd sakininə məxsus ümumi sahəsi 72 kv/m olan kürsülü birmərtəbəli ev və ona bitişik 88 kv/m olan talvar yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.