Türkiyə vətəndaşı: “Azərbaycanımızın nə zaman ehtiyacı yaransa Türkiyə onun yanındadır”

13 Baxış

Türkiyənin yaşamış olduğu fəlakətdə də birliyimizi bir millət iki dövlət olaraq bütün dünyaya göstərmiş olduq.

AZƏRTAC xəbər verir ki, bunu meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının videoproyeksiya olunması ilə əlaqədar tədbirdə iştirak edən Türkiyə vətəndaşı Muhterem Öz deyib.

“Azərbaycanda yaşayan bir türk vətəndaşı olaraq, sizin dəvət olunmadan bu yanğının söndürülməsində iştirak etməniz, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının canlarını ortaya qoyaraq etdikləri qəhrəmanlıqlar, göstərmiş olduqları örnək hərəkətlər bizi həqiqətən qürürlandırdı. Çox xoşbəxt olduq, çünki qardaşlarımız ehtiyacımız olan kimi yanımızda dayandı. Azərbaycanımızın nə zaman ehtiyacı yaransa Türkiyə onun yanındadır, həmçinin Türkiyənin də nə zaman ehtiyacı olsa Azərbaycan indiki kimi yanında olacaq. Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə bayrağının göstərilməsi də bu qardaşlığın, birliyin, bərabərliyin sübutudur. Nə xoşbəxt ki, Türk millətiyik, necə sevindirici haldır ki, Azərbaycanla qardaşıq”, – deyə Türkiyə vətəndaşı bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.