Sağlamlıq imkanları məhdud uşaqların ahıllarla görüşü təşkil olunub – FOTO

18 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi sakinlərinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllarla görüşü təşkil olunub.

Nazirlikdən verilən məlumata görə, uşaqlar rəqs, musiqi və müxtəlif bədii kompozisiyalarla öz bacarıqlarını nümayiş etdiriblər.

Ahıllar isə pianino, qarmon, nağara kimi alətlərdə musiqi nümunələri ifa ediblər. Ziyarətçilər müəssisə ilə tanış olublar.

Burada şəhidlərimizə həsr olunmuş guşə ilə tanışlıq onların xüsusi marağına səbəb olub. Sonra sağlamlıq imkanları məhdud uşaqların açıq havada ahıllarla müxtəlif stolüstü oyunları təşkil edilib.

Çay süfrəsi ətrafında səmimi söhbətlərlə başa çatan görüş ziyarətçilərin xoş xatirəsinə çevrilib.

Tədbir sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.


Məlumat oxu.az saytından götürülmüşdür.