Sabirabadda avtomobil kanala düşüb: Sürücü ölüb

8 Baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunda avtomobilin su kanalına düşməsi və sürücünün ölməsi barədə məlumat yayıb.

FHN-in verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində “Mercedes-Benz” markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.