Nazirlik rəsmisindən əhaliyə MÜRACİƏT

10 Baxış

“İnsanlar arxayınlaşmamalıdır, çünki pandemiya bitməyib. Qapanmalara getməmək üçün vətəndaşlar birləşməli və dövlətə dəstək olmalıdırlar”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

O qeyd edib ki, “Britaniya ştammı”nda yoluxanların sayı “Delta ştammı” kimi sürətlə artmırdı:

“Gürcüstanın əhalisinin sayı bizdən üç dəfə azdır və gündəlik yoluxma sayı 5 000-dən yuxarıdır.

Pandemiya dövründə insanlar həyat tərzinə yenidən nəzər salmalı, yoluxma riski olacaq yerlərdən, məclislərdən uzaq durmalıdırlar”.

Baş infeksionist koronavirusla bağlı əhaliyə çağırış edib:

“Hər kəs qızıl qaydalara ciddi riayət etməlidir. Bunlara əməl etməklə və vaksin olunmaqla bu xəstəliyə qalib gələ bilərik”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.