Sabah 43 dərəcə isti olacaq

10 Baxış

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41°, Bakıda gecə 26-28°, gündüz 38-40° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

Gözlənilən hava şəraiti haqqında məlumat da açıqlanıb. Belə ki, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40 °, bəzi yerlərdə 41-42°, rayonlarında 35-40°, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.