Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var – SİYAHI

12 Baxış

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metrostansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində) sıxlıqdır.

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə yol – nəqliyyat vasitələrinin çoxluğudur.

Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Tbilisi prospekti – əsas yol – (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.

Heydər Əliyev prospekti – əsas yol – (Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda Şəhər mərkəzi istiqamətində) sıxlıqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.