Sumqayıtda karantin qaydalarına zidd fəaliyyət göstərən masaj salonu aşkarlanıb

15 Baxış

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının Sumqayıtda keçirdiyi reyd zamanı dördüncü məhəllə ərazisində yerləşən “Seragen” adlı masaj salonunun fəaliyyət göstərdiyi aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, həmin ünvanda iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub.

Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən dörd qadın və bir kişini aşkarlayıblar.

Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, hər biri 200 manat məbləğində cərimə ediliblər.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin müdiri Zülfiyyə Əliyeva isə inzibati məsuliyyətə cəlb edilərək dörd min manat cərimələnib.

Təşkil edilən reyd zamanı şəhərin Hacı Zeynalabdin qəsəbəsində isə Xətai küçəsində yerləşən “Dostluq” kafesində karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edildiyi məlum olub.

Obyektin sahibi Elşad Hacıyev, icarədarı Sərhəd Allahverdiyev və müştəri Nəbi Məmmədov saxlanılaraq inzibati məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.