COVID pasportu olmayan 100-ə yaxın şəxs şadlıq saraylarına buraxılmadı

19 Baxış

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorq keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, monitorinq zamanı şadlıq saraylarının sahibi və icarədarları ilə profilaktik söhbətlər aparılıb, mövcud rejimin qayda və tələbləri onların diqqətinə çatdırılıb.

Həmçinin, polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı toy mərasimlərinə dəvət edilən qonaqlar içərisində ümumilikdə 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb.

Onların saraylara girişinə icazə verilməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.