Goranboyda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub – FOTO

11 Baxış

Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alırzalı, Hacalı kəndlərində və Dəliməmmədli şəhərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər üç ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.


Məlumat oxu.az saytından götürülmüşdür.