Qarabağa ilk turların tarixi AÇIQLANDI

19 Baxış

“Avqust ayının axırında Qarabağa ilk tur təşkil olunacaq”. 

Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov Oxu.Az-a açıqlamasında deyib.

O əlavə edib ki, Qarabağ marşrutları konsepsiyası ilin əvvəlindən hazırdır:

“Yolumuz Ağdama” marşrutu çərçivəsində Qarabağa turlar üzrə işlər yekunlaşıb. Əsas ağdamlılar olmaq şərti ilə avqustun axırında ilk turlar baş tutacaq. Sənədləşdirilmə onlayn qaydadadır. Turlarda iştirak məsələsi müəyyən olunub. Biletlərin onlayn və oflayn qaydada alınması ictimaiyyətə açıqlanacaq”. 

Onun sözlərinə görə, Füzuli-Xocavənd marşrutu üzrə Qarabağa ikinci tur isə konseptual olaraq hazırdır və növbəti ildə reallaşdırılacaq. 

Dövlət Turizm Agentliyinin baş arxitektoru və və Bakı-Şimal-Qərb dəhlizi layihəsi üzrə koordinator Nizami Qasımov əlavə edib ki, ilk turda əsas Qarabağ zonasından yaşlı adamlar iştirak edəcək.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.