Rafiq Verdiyev: “Temperatur 4-5 dərəcə artarsa, ciddi təhlükə yarana bilər”

12 Baxış

“İnsan fəaliyyətinin təsiri nəticəsində baş verən qlobal iqlim dəyişikliyi artıq özünü büruzə verməkdədir”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, son 30 ildə aparılan təhlillər göstərir ki, iqlim dəyişməsi planetin bütün bölgələrində müşahidə olunur:

“Sənaye istehsalında karbon emissiyalarının miqdarının artması davam edərsə, əsrin sonuna temperatur 4-5 dərəcə artarsa, ciddi təhlükə yarana bilər”.

Rəis müavini qeyd edib ki, Azərbaycan inkişafda olan ölkə kimi bəzi öhdəlikləri üzərinə götürüb:

“Bu məsələdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.