Xərçəngdən əziyyət çəkən Əməkdar artistdən səhhəti ilə bağlı paylaşım – FOTO

12 Baxış

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva yenidən müalicəyə başlayıb.

Bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.

T.Əliyeva bildirib ki, artıq bu gündən kimyəvi terapiya müalicəsi alacaq.

“İllərdir 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacağam və sağalıram da. Kimyəvi terapiya üçün artıq 25-ci dəfədir bu otaqda qonağam. İnşallah bunu da birlikdə yenəcəyik”.

Qeyd edək ki, T.Əliyeva uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

 


Məlumat oxu.az saytından götürülmüşdür.