Azərbaycan ordusunun həlak olan zabiti ilə vida mərasimi keçirilir – FOTO

9 Baxış

Avqustun 9-u səhər saatlarında Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə zamanı həlak olan leytenant Babayev İlqar Rüfət oğlu ilə Ucar rayonunun Cabut kəndində vida mərasimi keçirilir. 

Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edirlər.

Zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.