Ucar sakini su kanalında boğulub

14 Baxış

Ucar sakini kanalda çimərkən boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Meyit sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.