Müəllimlərin NƏZƏRİNƏ: Bəzi fənlər üzrə vakansiya seçimi başlayır

22 Baxış

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə vakansiya seçimi başlayır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 10 avqust saat 15:00-dan etibarən qeyd olunan fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.