Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var – FOTO

14 Baxış

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qumlaq-Xalxal avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-BY-294 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı zərbənin gücündən avtomobilin mühərriki qoparaq yol kənarına düşüb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.