Salyanda şəhidlər bulağının açılışı oldu – FOTO

13 Baxış

Salyanda şəhidlər bulağının açılışı olub.

Oxu.Az-ın məlumatına görə, rayonun Yenikənd kəndi ərazisində inşa edilib. 

Açılış mərasimində şəhid ailələri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.

Onlar öz çıxışlarında 90-cı illərin Qarabağ və Vətən müharibələrində Azərbaycanın mərd oğullarının qəhrəmanlıqlarından söz açıblar. 

Eyni zamanda, Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, əldə olunan tarixi qələbədən, xalqla ordunun birliyindən danışılıb.

Həmçinin qeyd edilib ki, şanlı zəfər tarixini yazan vətən oğulları hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.