“Saloğlu”dan daha bir şad xəbər: Növbəti diler mağaza Masallıda açıldı – FOTO

13 Baxış

Cənub zonasının sakinlərinə “Saloğlu” şirkəti ilə bağlı şad xəbərimiz var!

“Saloğlu” şirkətinin növbəti diler mağazası Masallı şəhərində açıldı. Mağaza öz konsept dizaynı, modern mebelləri və yüksək səviyyədə təşkil olunmuş xidməti ilə zövqlər oxşamaqdadır.  “Saloğlu” mebelin bütün növ yataq, qonaq, yumşaq mebelləri mağazada tam fərqli üslubda sərgilənməkdədir. Mağazada olarkən sizin üçün yaradılmış öz evinizdəymiş kimi hiss edəcəyiniz bir mühitdə zövqünüzə uyğun mebelərə sahib ola biləcəksiniz.

“Saloğlu” fabrikinin satış direktoru Elşən Bayramlı öz açıqlamasında bildirib: “2000-ci ildən bu günədək qısa müddətdə sürətli və peşəkar inkişaf yolu ilə irəliləməkdəyik. Sayca 13-cü diler mağazamızı Masallı sakinlərinin xidmətinə veririk. İl sonunadək 25 mağaza fəaliyyətdə olacaq. Digər bölgələrdə də diler mağazalarımızın rəsmi açılışları yaxın günlərə planlaşdırılıb artıq. Şirkətimizin bu inkişafı ölkə iqtisadiyyatı və bir sıra sahələrə öz müsbət təsirini verəcəkdir. Hər açılan diler mağazası əhalinin mebel ehtiyacını ödəməklə yanaşı azı 10-15 nəfərin işlə təminatı deməkdir. Hədəfimiz 2022-ci ilin sonunadək  ölkədə “Saloğlu”nun 50 diler mağazasının açılması, daxili bazarla yanaşı brendimizi  Avropa bazarı və MDB məkanında da əlçatan etməkdir”.

Ətraflı məlumat üçün: +994 55 525-85-00


Məlumat oxu.az saytından götürülmüşdür.