Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

21 Baxış

Sabahdan 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi – Metronun Azadlıq prospekti stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

Arif Hüseynov küçəsi, Məmməd Əmin Rəsulzadə qəsəbəsi (Binəqədi rayonu)

28 May küç 269A, Mehdiabad qəsəbəsi (Abşeron rayonu)

Azadlıq prospekti 104 (Binəqədi rayonu)

2-ci Mədən (Binəqədi rayonu)

Cəfər Cabbarlı küçəsi 5, Mehdiabad qəsəbəsi (Abşeron rayonu)

Pirşağı qəsəbəsi, Qızılqum (Sabunçu rayonu)

Əjdər Məlikov küçəsi, Pirşağı qəsəbəsi (Sabunçu rayonu)

Əjdər Məlikov küçəsi Pirşağı qəsəbəsi (Sabunçu rayonu)

Sovxoz 2, Cəfər Əliyev küçəsi Pirşağı qəsəbəsi (Sabunçu rayonu)

Qeyd edək ki, bundan əvvəl 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilməyə başlanılıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.