Operativ Qərargahda qapanmalar müzakirə edilir

10 Baxış

Azərbaycanda son günlər ərzində koronavirusa yoluxmada ciddi artım qeydə alınıb. 

Oxu.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahda karantin rejiminin sərtləşdirilməsi üçün müzakirələrə başlanılıb. 

Qeyd edək ki, bu ilin avqust ayının 1-də Azərbaycan ərazisində koronavirusa yoluxma saı 671 nəfər qeydə alınıb. Artıq ayın 8-də isə bu göstərici iki dəfəyə yaxın artaraq 1220 nəfər olub. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.