Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var – SİYAHI

13 Baxış

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Qara Qarayev prospekti – (Xalqlar Dostluğu metro stansiyasının qarşısından başlayaraq, Bəhruz Nuriyev küçəsi ilə kəsişməyə qədər, Neftçilər metro stansiyası istiqamətində) sıxlıqdır.

Tbilisi prospekti – əsas yol – (20 Yanvar dairəsi adlanan ərazidən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.

Akademik Həsən Əliyev küçəsi – (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıqdır.

Ceyhun Səlimov küçəsi – (3-cü mikrorayon dairəsi istiqamətində) sıxlıqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.