Azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

10 Baxış

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, avqustun 2-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 180, tank əleyhinə 3 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Məlumat oxu.az saytından götürülmüşdür.