Qaxda bir tondan çox çətənə kolu məhv edildi – FOTO

15 Baxış

Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 700 kiloqram olan 5 431 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.