Nazirlər Kabinetinin qərarını heçə sayan şadlıq saraylarının sahibləri CƏZALANDIRILDI

12 Baxış

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Samir” və “Qardaşlar” şadlıq saraylarında təşkil olunan toy məclislərinin karantin qaydalarının pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.

Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.