Ötən ay müavinət və təqaüd alanların sayı açıqlandı

12 Baxış

2021-ci ilin iyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Belə ki, iyulda aylıq sosial müavinət və təqaüd alanların sayı 688 min nəfərdən çox olub. Onlardan 392 min nəfərdən çoxu müavinət, 296 min nəfərdən çoxu isə təqaüd  alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.