İsmayıllıda qaydaları pozan sürücülər cərimələnib – FOTO

10 Baxış

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub.

Onlarla maarifləndirici söhbət aparılıb və bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində cərimə protokolları tərtib edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.