Şəkidə karantini bir neçə dəfə pozan icarədar barəsində araşdırma başlanılıb – FOTO

9 Baxış

Şəkidə  Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə şadlıq sarayında , eləcə də fərdi evdə təşkil edilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin  pozulması halları müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı rayonun Kiçik Dəhnə kəndində yerləşən “Dəhnə” şadlıq sarayında keçirilən toy mərasimində  200 nəfərə yaxın qonağın iştirakı etdiyi məlum olub. İnfeksiyanın yayılmasına şərait yaradan obyektin icarədarı İxtiyar Rəsulov Polis Şöbəsinə dəvət edilib və hazırda onun barəsində İstintaq bölməsində araşdırma aparılır. 

Qeyd edək ki, bir neçə gün öncə də polis əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı  həmin şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirakı ilə əlaqədar İ.Rəsulovla profilaktik söhbət aparılıb və barəsində cərimə protokolu tərtib olunub.  Lakin o, bundan nəticə çıxarmayaraq yenə də analoji qayda pozuntusuna yol verməklə pandemiya dövrünün tələblərini kobud şəkildə pozub.

Keçirilən tədbirlər zamanı rayonun Aydınbulaq kəndində İsa Pirimova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə 120 qonağın iştirak etdiyi müəyyən edilib.  Aşkarlanan qayda pozuntuları ilə bağlı mərasimi təşkil edən İ.Pirimov , eləcə də tibbi maskadan istifadə etməyən 3 xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.